Ru
20:19 / 24 Yanvar 2025

Hikmət Mirzəyev Metin Gürakla görüşdü

Hikmət Mirzəyev Metin Gürakla görüşdü
Eye

Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib.

Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir. Bundan öncə Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar