Ru
17:00 / 16 May 2023

Hindistan niyə İrəvana hərbi attaşe göndərdi? - ŞƏRH

Hindistan niyə İrəvana hərbi attaşe göndərdi? - ŞƏRH
Eye

Fransadan sonra Hindistan da Ermənistanla hərbi əməkdaşlığı genişləndirir. Belə ki, rəsmi Dehli bu günlərdə İrəvana müdafiə məsələləri üzrə yeni attaşe təyin edib.


Hindistanın uzaq Cənubi Qafqaz ölkəsinə - Ermənistana hərbi attaşe təyin etməsinin səbəbi nədir?



Mövzu ilə bağlı siyasi analitik Turab Rzayev Bakupost.az -a açıqlamasında bildirib ki, əslində Hindistanın bölgədə xüsusi hərbi marağı və ambisiyası yoxdur.

Onun sözlərinə görə, Qərb ölkələri ilə Hindistan arasında gizli bir strateji ittifaq var:

"Onlar Ermənistana vermək istədikləri silahları Hindistan üzərindən göndərirlər. Amma son dövrlərdə Hindistanın Ermənistanla hərbi əməkdaşlığa marağı artıb. Bunun bir neçə səbəbi var. Birinci səbəb Ermənistanın silah axtarışında olmasıdır. Dünyada silah satışı edən ölkələr o qədər də çox deyil. Buna görə də Ermənistan Hindistana və başqa ölkələrə üz tutur. Qərb dövlətləri əslində Ermənistanı silahlandırmağa çalışırlar. Amma hərbi cəhətdən Ermənistanın yanında olduqlarını göstərmək istəmirlər. Düşünürəm ki, Hindistan üzərindən Ermənistana silah satışını həyata keçirirlər. Çünki Ermənistana silah satışına icazə versələr, gərək Azərbaycana da versinlər. Bu yaxınlaşmanın daha çox Ermənistanın Qərbdəki havadarlarının vasitəsi ilə baş verdiyini düşünürəm”.

Turab Rzayev qeyd edib ki, Azərbaycan-Pakistan yaxınlaşması da Hindistanda neqativ bir refleks yaradıb:


“Hindistan əslində Azərbaycanla Ermənistan arasında bitərəfliliyini qoruyurdu. Qarabağ müharibəsi zamanı Azərbaycan-Pakistan yaxınlaşması, hərbi əməkdaşlıq cəhətdən siyasi, iqtisadi yaxınlıq, cəmiyyətlərin bir-biri ilə isti münasibəti Hindistanda müəyyən qıcıq doğurdu. Həmçinin, hazırda Hindistanda millətçi siyasəti aparan partiyalar müsəlmanları böyük bir təhlükə kimi görür. Bunu dini millətçilik kimi də dəyərləndirə bilərik. Belə bir məqamda onlar Ermənistana daha çox simpatiya bəsləyirlər və dəstəkləyirlər”.

Əfsanə Rəcəb
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar