Ru
12:28 / 11 May 2022

İcra başçısı ilə şəhid ailələri arasında qarşıdurma - YENİLƏNİB - VİDEO

13809

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov onun qəbuluna gələn şəhid atalarını qəbul etməyib.


Bakupost.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, şəhid ataları icra başçısından narazılıqlarını dilə gətirir, məmurun sakinlərlə, şəhid ailələri ilə heç vaxt maraqlanmadığını bildirirlər.

Qeyd edək ki, icra başçısının onlar qarşısına idman geyimində çıxması da diqqət cəlb edib.


Həmin görüntüləri təqdim edirik:


***

Məsələ ilə bağlı Xızı RİH-dən bildirildi ki, həmin görüntülər qəbulun ilk 5 dəqiqəsinə aiddir:

“O görüntülər qəbuldan əvvəl çəkilib. Sadəcə içəridə çox adam var idi və səs-küy yaranmışdı. Biz vətəndaşlardan bir qədər sakitliyə riayət etmələrini xahiş etdik. Daha sonra icra başçısı gəldi və 3 saata yaxın qəbul keçirdi. Vətəndaşların da hamısı tam razı şəkildə getdilər. 7 şəhid ailəsi gəlmişdi, heç bir problem yaşanmadı. Ailələrin özləri ilə də əlaqə saxlayıb məlumat ala bilərsiniz”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər