Suriya ordusu şənbə günü bildirib ki, müxalif qüvvələr Hələb şəhərinin böyük hissəsini ələ keçirərək onlarla əsgərin ölümünə səbəb olub, ordu yenidən şəhəri tərk etmyə məcbur olub.
Bakupost.az xəbər verir ki, Əl Ərəbiyyə baş verənlətin son illərdə prezident Bəşər Əsəd üçün ən ciddi problem olduğunu bildirib.
Qeyd olunur ki, islamçı "Heyət Təhrir əl-Şam" qrupunun qəfil hücumu Suriyada 2020-ci ildən bəri dondurulmuş vətəndaş müharibəsini yenidən alovlandırıb.
Suriya ordusu dövlət hakimiyyətini bərpa etmək üçün əks hücuma hazırlaşdığını bildirib.
:
“Terrorçuların sayının və döyüş istiqamətlərinin çoxluğu silahlı qüvvələrimizi hücumu dəf etmək, mülki əhalinin və hərbçilərin həyatını xilas etmək və əks-hücuma hazırlaşmaq üçün müdafiə xətlərini gücləndirmək məqsədi daşıyan yerdəyişmə əməliyyatı keçirməyə sövq edib”.
Ordu bildirib ki, terrorçular Hələbin böyük hissəsini nəzarətə götürüb, lakin onlar atəşə tutulur və sabit mövqelər yarada bilmirlər.
Medianın islamçılar arasında olan mənbələrə istinadən verdiyi məlumata görə, qruplaşmalar İdlib əyalətinin Marat ən-Numan şəhərini də ələ keçirərək bütün əyaləti nəzarət altına alıblar.
Suriyanın iki hərbi mənbəsi Rusiya və Suriya döyüş təyyarələrinin şənbə günü Hələb ətrafında islamçılara zərbələr endirdiyini bildirib.
Zaur, BakuPost