Ru
17:43 / 24 Noyabr 2023

İğtişaşlar hökuməti qorxuya saldı: qanuna düzəliş edilir

İğtişaşlar hökuməti qorxuya saldı: qanuna düzəliş edilir
Eye

İrlandiyada noyabrın 23-də Dublində baş verən iğtişaşlardan sonra nifrət əleyhinə qanunlara yenidən baxacaqlar.

Bakupost.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə İrlandiyanın Baş naziri Leo Varadkar bildirib.

"Yaxın həftələrdə Qardainin (polisin) dünən topladığı müçahidə kameralarından topladığı sübutlardan daha yaxşı istifadə etməyə imkan verəcək yeni qanunlar təqdim edəcəyik Həmçinin nifrətin qızışdırılması, ümumiyyətlə, nifrətə qarşı qanunlarımızı modernləşdirəcəyik", - baş nazir deyib.

O əlavə edib ki, İrlandiya qanunvericiliyi sosial media dövrü üçün çox köhnəlib və qarşıdakı həftələr ərzində modernləşdirilməlidir.

Qeyd edeək kİ, noyabrın 23-də axşam Dublində miqrantın bıçaqla üç uşağa və bir qadına hücum etməsi səbəbindən iğtişaşlar baş verib. Noyabrın 24-ü səhər saatlarında iğtişaşlar sona çatdı.

Uşaqlara və qadına hücum edənun əlcəzairli miqrant olduğu güman edilir. Noyabrın 23-ü axşam saatlarında insidentin baş verdiyi Parnell meydanına toplaşan insanlar bir neçə polis əməkdaşına hücum edərək, onlara pirotexniki vasitələr atıb və ən azı bir nəfəri yaralayıblar. İğtişaşçılar polis maşınlarından biriniyandırıblar. İğtişaşçılarn sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 34 nəfəri saxlayıb.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar