Ru
13:15 / 03 İyun 2025

İki uşaq anasının ölümünə səbəb olan həkim həbs olunmadı

İki uşaq anasının ölümünə səbəb olan həkim həbs olunmadı
Eye

Bakıda iki uşaq anasının ölümündə təqsirləndirilən həkimə hökm oxunub.

Bakupost.az bildirir ki, oxu.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə B.Mahmudov 2 il 9 ay azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, Aybəniz Almuradova ötən il iyunun 11-də liposaksiya əməliyyatı üçün "Reo-Med" klinikasına müraciət edib və iyulun 2-də həyatını itirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Dünyasını dəyişən A.Almuradova iki azyaşlı uşaq anası olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar