Xəbər verdiyimiz kimi, builki Qurban bayramı iyunun 6-na təsadüf edir.
Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bayramda qurban kəsmək əsasən Məkkədə hacılara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-Təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır.
Bəs, qurban kəsmək istəyənlər nələrə diqqət etməlidir?
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır.
Bundаn əlаvə, beş-altı adamın cəmləşib bir iribüynuzlu heyvanı qurban kəsmələri çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər.
Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Qeyd edirik ki, şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir.
Bir qayda olaraq, qurban kəsərkən heyvanı uzu qibləyə uzatmalı, qoyundursa, qıçının birini аzаd sахlаmаq, iribuynuzlu heyvаndırsа, dörd аyаğını dа möhкəm bаğlаmаq lаzımdır. Heyvаnın bоğаzınа bıçаq qоyulаrкən, yахşı оlаr кi, Qurbаn duаsı охunsun və ya heç оlmаzsа, “Bismillаhi və billаhi vəllаhu əкbər” deyərək kəsilsin.
Qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil.