Ru
11:55 / 06 İyun 2025

Ötən gün bank kartlarından oğurlanan pulların məbləği açıqlandı

Ötən gün bank kartlarından oğurlanan pulların məbləği açıqlandı
Eye

İyunun 5-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub.

Daxili İşlər Nazirliyindən Bakupost.az -a verilən xəbərə görə, oğurlanmış məbləğlər arasında 2200, 1950, 1050, 940, 580, 300, 252, 226, 202, 200, 200, 128, 101 və 65 manat kimi rəqəmlər qeydə alınıb.

Məlumatda qeyd olunub ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir:

"Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.

Daxili İşlər Nazirliyi vətəndaşları bir daha xəbərdar edir ki:

• Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun,

• SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın,

• Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.

Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar