Ru
15:17 / 11 Noyabr 2026

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi
Eye

13:35

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib.


"Bakupost" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Əvvəlcə “Anadolu atəşi” ansamblının ifasında müxtəlif rəqslər təqdim olundu.

Sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoni Quterreş, Avstraliya İttifaqının Baş naziri Entoni Albaniz, Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli, Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar