Ru
09:18 / 13 May 2026

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq -  RƏSMİ
Eye

Tramvay uzun müddətdir müzakirə olunan mövzulardan biridir. 2025–2030-cu il dövlət proqramında tramvay haqqında xüsusi maddələr qeyd olunub.

Bakupost.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov “Trend” Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Televiziyasına (ATV) müsahibəsində deyib.
O bildirib ki, hazırda tramvayın konseptual planı hazırlanır. İlkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ bir neçə variant müzakirə edilərək tramvayın çəkilməsi planlaşdırılır.

“Bakıda gələcəkdə 5 fərqli istiqamət üzrə tramvay olması planlaşdırılır. İlkin perspektivdə əhalinin sıx məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan ərazilərə tramvayın çəkilməsi nəzərdə tutulur. Məqsəd odur ki, tramvay metronu və avtobusu əvəzləməsin, əksinə, onları birləşdirən vasitə olsun”, - deyə “Bakı Metropoliteni” QSC-nin sədri əlavə edib.

Şərhlər
  • OZZY

    2004 cü ildə tramvay və tramvay xəttləri niyə ləğv olundu?? Çətin sualdı, elə deyilmi???

  • Abbas Şahverdiyev

    Yəqin ki, yaxşı olar.. Şəhərsalma planında tramvay üçün də yer ayrılıbsa, həm tıxac problemi həll olar, həm də ekoloji təmiz mühit yaranmış olar. Amma bunlarla yanaşı insanların düşüncə tərzində də yenilik olmalıdır. Hər kəs istilik mühərrikli avtomobillərdən imtina etmiş olsa daha yaxşı olmazmı?

  • Ramin

    Yenə həmişəki kimi püləmə. Ortada hec nə yoxdur. Ondansa Ceyhun Hacıbəyli küçəsi bina 64-ü sökün. Qırılıb batdıq bu viranxanada.

  • Anar

    Xeyieli Olsun Gözəl olar ✨️ amma biraz inandirıci gəlmir

  • .Nizami Aliev

    Трамвай хорош когда он в помощь подземному транспорту. Бакинский трамвай - продолжения из историй прекрасного Города!

  • Ramil Ağayev

    Başlıqla yazı uyğun gəlmir.İstiqamət görünmədi.Bu da diigər işlərimz kimi utopiya,nağı895374l !

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar