Motivasiyası yüksək olan insanlarla söhbət depressiyada olanlara müsbət təsir edir.
Mütəxəssislər bu baxımdan 3 bürcdən olan insanlarla ünsiyyətdə olmağı məsələhət görürlər. Belə ki, bu bürclərdən olan insanlarının enerjisi çox yüksək olur. Onlar idmana meyillidirlər, heç vaxt bir yerdə dayana bilmirlər. Onlar üçün həyat enerjidir.
Bakupost.az yüksək motivasiyası olan həmin 3 bürclə bağlı məlumatları təqdim edir.
QOÇ - Həyatı öz daxili enerjisi ilə qucaqlayan qoçların dostları çox şanslıdırlar. Çünki Qoç bürcü fədakar və anlayışlıdır. Onlar hər zaman sevdiklərini qorumağa hazırdırlar. Xüsusilə motivasiya məsələsində Qoç bürcündən olanlar əvəzsizdir. Belə dostunuz varsa, hər şeyə nail ola bilərsiniz.
ƏKİZLƏR: Hər təcrübəni ilk dəfəki həyəcanla yaşayan Əkizlərin əhval-ruhiyyəsi həmişə yüksək olur. Onlar çevrədəkilərə hər zaman enerji ötürürlər. Əkizlər təkcə dostlarının əhvalını deyil, həm də daxil olduqları mühitin enerjisini dəyişirlər.
OXATAN: Ümidli olmaq Oxatan üçün həyat tərzidir. Onlar bu enerjilərini hiss etdirirlər. Xoşbəxt olmayan insanlarla yaşamağı sevmirlər. Onların şüarı "həyat davam edir"dir.
Əfsanə Rəcəb
BakuPost