Ru
14:12 / 27 Yanvar 2023

İran polisi terrorçuya niyə mane olmadı? – Müəmmalı məqam - VİDEO

3547
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə hücum anının kamera video görüntüləri yayıldıqca maraqlı məqamlar üzə çıxır.

Bakupost.az xəbər verir ki, bu məqamlardan biri də səfirliyin olduğu küçədə qoyulmuş polis köşkündəki İran polis əməkdaşının torrorçunun hücumuna reaksiyasıdır. Səfirliyi qorumağa cavabdeh olan polis gözünün qabağından terrorçu geyimində, əlində silahla keçən şəxsi sanki tanıyırmış kimi davranır. Polis silahlı hücumumun qarşısını almağa, onu zərərsizləşdirməyə, ən azı sonradan, arxasıyca gedib, ona atəş açmaq imkanından belə istifadə etmir, hərəkətə keçmir.

Bu məqam haqlı olaraq xeyli suallar yaradır və istintaq zamanı yəqin ki, nəzərə alınacaq.



Aydan
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər