Ru
09:35 / 30 Oktyabr 2024

İspaniyada tufan və daşqın - 4 nəfər itkin düşdü

İspaniyada tufan və daşqın - 4 nəfər itkin düşdü
Eye

İspaniyanın cənub və şərqini vuran tufan və sel nəticəsində 4 nəfər həlak olub, çoxlu sayda avtomobili sel suları aparıb, bəzi binaların damları uçub.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, İspaniyanın cənub və şərqinə təsir edən əlverişsiz hava şəraiti tufan və daşqınlara səbəb olaraq bölgədəki həyata mənfi təsir edib. Fırtına səbəbiylə bir çox yol nəqliyyata bağlanıb, qatar səfərləri də ləğv edilib.

Bildirilib ki, ölkənin şərqindəki Albasete şəhərinin Letur qəsəbəsində çoxlu sayda insanı sel suları aparıb

Əndəlus bölgəsində leysan yağışlar nəticəsində 276 sərnişini daşıyan sürət qatarı relsdən çıxıb. Qəzada can itkisi və yaralanan olmasa da, axtarış-xilasetmə qrupları seldə qalan sərnişinləri helikopterlərin köməyi ilə təxliyə edib.

İspaniyanın hakimiyyət orqanları bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyi gözlənildiyi üçün vətəndaşları diqqətli olmağa çağırıb.



Elnur
BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar