Siyasi şərhçi Məhəmməd Əsədullazadə iddia edir ki, Azərbaycan İsraildəki səfirini geri çağırıb.
O bildirib ki, İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması, Türkiyəyə qarşı düşmənçilik siyasəti Azərbaycanda narahatlıq yaradıb.
Onun sözlərinə görə, qəbul edilən bu qondarma “soyqırım” qətnaməsi birbaşa Azərbaycan-Ermənistan normallaşma prosesinə də zərbə vurur.
M. Əsədullazadə Azərbaycanın düzgün siyasət yürütdüyünü də qeyd edib.
Amma onu da qeyd edək ki, Azərbaycanın İsraildən öz səfirini məsləhətləşmələr üçün geri çağırdığı barədə hələlik heç bir rəsmi məlumat yoxdur.
Politoloq Zərdüşt Əlizadə
"Bakupost"a bildirib ki, məlumat doğrudursa, atılan addımın səbəbi də anlaşılandır:
“Çünki İsrail Türkiyəyə qarşı qərəzli, düşmənsayağı qərar çıxarıb. Fələstin xalqına qarşı qətliam törədən İsrail müttəfiqimiz Türkiyəyə qarşı saxta “soyqırımı” tanımaqla bağlı düşməncəsinə bir qərar verib”.
Ekspert qeyd edir ki, İsrailin atdığı bu qərarın əhəmiyyəti “sıfır”a bərabərdir:
“Çünki Qəzzada törətdiyi vəhşiliklərdən sonra İsrailin artıq “bir qəpiklik belə” hörməti qalmayıb ki, qəbul etdiyi qərarların da hansısa mənəvi-siyasi əhəmiyyəti olsun. Azərbaycan müttəfiqi Türkiyənin mənafeyinə toxunan belə bir qərara qarşı münasibət bildirməli idi”.
Politoloq səfirin geri çağrılmasının ilkin işarə olduğunu da istisna etmədi:
“İsrail bir qədər də dərinə getsə, əlaqələr kəsilə bilər. Azərbaycan İsraildən asılı deyil, əksinə, onlar bizdən asılıdırlar”.
Rüfət Sultan,
BakuPost