Ru
19:58 / 06 İyul 2026

Bu matç üçün biletlər 8 milyon dollara satışa çıxarıldı

Bu matç üçün biletlər 8 milyon dollara satışa çıxarıldı
Eye

Futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsi çərçivəsində keçiriləcək İngiltərə - Norveç matçına bilet 8 milyon dollara satışa çıxarılıb.

"Bakupost" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, satışda daha ucuz biletlər olsa da, ümumilikdə Bakı vaxtı ilə iyulun 12-nə keçən gecə Mayamidə baş tutacaq oyunun biletləri dünya çempionatları tarixinin rekordlarını qırır.

Belə ki, birinci kateqoriyalı biletlərin qiyməti 3 200 dollardan başlayaraq artıq qeyd olunan 8.05 milyon dollara qədər dəyişir. Matçı ikinci kateqoriyalı yerlərdən izləmək 103 500 dollara başa gələcək, üçüncü kateqoriyalı yerlər üçün isə qiymətlər 2 900 dollarla 57 500 dollar arasında dəyişir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar