Ru
22:16 / 30 Sentyabr 2024

İsrail elan etdi: “Əməliyyat tezliklə başlayır”

1952
İsrail ordusu Livanla sərhədə yaxın üç yaşayış məntəqəsini qapalı hərbi zona elan edib.

Bakupost.az İsrail KİV-ə istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Vəziyyət qiymətləndirildikdən sonra İsrailin şimalındakı Metula, Misgav Ama və Kfar Giladi əraziləri qapalı hərbi zona elan edilib. Bu əraziyə giriş qadağandır”, - deyə məlumatda bildirilir.

Qərar İsrailin Livan ərazisində mümkün quru əməliyyatı gözləntiləri fonunda açıqlanıb.

İsrailin müdafiə naziri Yoav Qalant isə “X” sosial şəbəkəsində Livan “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatın növbəti mərhələsinin tezliklə başlayacağını açıqlayıb.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar