Ru
14:20 / 02 Oktyabr 2024

İsrail: İranın raket hücumunda 100 evə ziyan dəyib

1023
İsrail mediası İranın gecə saatlarında İsrailə raket hücumu nəticəsində 100 evin zərər gördüyünü açıqlayıb.

Bakupost.az xəbər verir ki, Yaxın Şərqdə gərginlik artır.

İsrail Dövlət Televiziyası KAN-ın xəbərində İranın hücumları nəticəsində Hod Haşaronda 100 evin zərər gördüyü, xəsarət alan və can itkisinin olmadığı bildirilib.

Bəzi evlərdə ciddi dağıntıların olduğu və təmir işlərinin uzun sürəcəyi qeyd edilib.

İran İnqilab Keşikçiləri Korpusu İsrailə onlarla ballistik raketlə hücum etdiyini açıqlayıb. Raketlər buraxıldıqdan sonra bütün ölkədə, xüsusən də Tel-Əvivdə sirenlər səslənib.

İsrailin baş naziri Binyamin Netanyahu verdiyi video açıqlamada İranın raket hücumu ilə "böyük səhv etdiyini və əvəzini ödəyəcəyini" vurğulayıb.



Elnur
BakuPost.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar