Ru
18:45 / 10 İyun 2025

İsrail Ukraynaya "Patriot" göndərib? - Səfir aranı qatdı

İsrail Ukraynaya "Patriot" göndərib? - Səfir aranı qatdı
Eye

İsrailin Xarici İşlər Nazirliyi bu ölkənin Ukraynadakı səfiri Mixayel Brodskinin Kiyevə "Patriot" sistemləri göndərilməsi ilə bağlı verdiyi açıqlamanı təkzib edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.

“Bu açıqlamalar həqiqətə uyğun deyil. İsrail, Ukraynaya "Patriot" sistemləri göndərməyib”, – deyə nazirlikdən verilən açıqlamada bildirilir.

Nəşr qeyd edir ki, Rusiya İsraildən Brodskinin açıqlaması ilə bağlı izah tələb edib.

Qeyd edək ki, İsrailin Ukraynadakı səfiri Mixayel Brodski Marichka Dovbenkoya verdiyi müsahibədə, İsrailin Ukraynaya silah verdiyini, xüsusilə də "Patriot" sistemləri göndərdiyini bildirmişdi.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar