İsrail “Dəmir şüa” ( Iron Beam) hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.
Bakupost.az -ın “Reuters”ə istinadən məlumatına görə, İsrail Müdafiə Nazirliyi elan edib ki, ən son raket əleyhinə müdafiə sistemi olan “Iron Beam” yekun sınaqlardan uğurla keçib və bu il hərbi istifadəyə hazır olacaq.
Sistem “Elbit Systems” və “Rafael Advanced Defense Systems” şirkətləri tərəfindən hazırlanıb və raketlərin, minaatan mərmilərinin, dronların, hətta uçuş aparatlarının lazerlə vurulmasına əsaslanır.
Hazırda istifadə olunan “Dəmir Qübbə”, “Davudun Sapandı” və “Ox” sistemlərindən fərqli olaraq, burada bir raketin vurulması 50 min dollara başa gəlmir, çünki lazer texnologiyası xərcləri demək olar ki, sıfıra endirir.
Müdafiə Nazirliyinin məlumatına görə, “Dəmir Şüa” döyüş rejimində effektivliyini sübut edib və müxtəlif məsafələrdə hədəfləri uğurla məhv edib.
Aysel,
BakuPost
Deməli, tezliklə hər hansı hərbi (əsasən çevik-kosmik hava-raket) təcavüzdən *Dəmir Gümbəz* müdafiəsinə əlavə, yeni dəfələrlə ucuz lazer-texnolojisi İsraili hər an xarici həmlələrdən qoruyacaq! Bütün həmlələrdən Mükəmməl yeni texnoloji mühafizə-müdafiə sistemi İsrail dövlətinə vətəndaşlarını, ərazisini xarici münaqişələrdən tam geri çəkilməklə müdafiə imkanı-şəraiti verəcək!