Ru
09:17 / 04 Sentyabr 2024

İstirahət üçün otluqda uzandı, yük maşını üstündən keçdi - VİDEO

İstirahət üçün otluqda uzandı, yük maşını üstündən keçdi -  VİDEO
Eye

Gədəbəydə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Gərgər kəndi ərazisində “Qarabağlar” adlanan biçənək sahədə qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Elman Əli oğlu Musayev ot presslərini “Qaz 3307” markalı yük maşınına yüklədikdən sonra otluq sahəyə uzanaraq istirahət etmək istəyib. O, maşının arxa təkəri tərəfdə kölgədə uzandığı zaman sürücü Maarif Əmiraslanov avtomobili hərəkətə gətirib və arxaya doğru sürüb. Nəticədə yük maşını E.Musayevin üstündən keçib.

Ağır xəsarətlər alan E.Musayev dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gədəbəy RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar