Ru
16:47 / 14 Aprel 2023

Kardiologiya İnstitutu infarkt vəziyyətində - Direktor tanınmış həkimləri qovur

30171
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova təcrübəli həkimləri işdən uzaqlaşdırır, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin edir.


Bu barədə Bakupost.az -a institutun bir qrup işçisi bildirib.



Onların dediyinə görə, Gülnaz Dadaşova direktor təyin olunduqdan institutdakı işgüzar mühit tamamilə dəyişib:


"Gülnaz Dadaşova işçilərlə çox kobud rəftar edir. O, uzun illər institutda çalışan tanınmış həkimləri müxtəlif bəhanələrlə buradan didərgin salıb və ya “zərərsizləşdirib. İstəyir ki, hamı ona baş əysin, biət etsin. Özündən yaşca və təcrübəcə böyük olan alimləri, professorları saatlarla qapısının ağzında gözlətdirir, onlarla kobud rəftar edir, lazımsız tələblər irəli sürür, yersiz izahatlar yazdırır. İstəyir ki, hamı bezib öz ərizəsi ilə işdən çıxsın. Onun bu hərəkətlərinə qarşı çıxanları isə şər-böhtan atmaqla işdən uzaqlaşdırır”.


Saytımıza daxil olan məlumatda o da bildirilir ki, Gülnaz Dadaşova institutda VİP otaqlar hazırlatdırıb və həmin otaqlar imkanlı xəstələrə pulla verilir.
"Direktor eyni zamanda institutda aparılmayan bəzi müayinələr, xüsusilə koronar angioqrafiya (anju) üçün 2-3 özəl klinika ilə (xüsusiilə "Kəpəz" klinikası) “otkat” qarşılığında işləyir, həmin tibb mərkəzlərindən aylıq haqq alır. Paytaxtın əsas ürək mərkəzində nə rentgen cihazı var, nə angioqrafiya. Direktor institutun olan-qalan imkanlarını da aradan qaldırıb. O da maraqlıdır ki, 44 yaşında ölkənin əsas elmi insitutlardan birinə direktor təyin olunan 48 yaşlı Dadaşova həm də 45 yaşdan professor elmi dərəcəsi ala bilib".


Son vaxtlar Elmi-Tədqiqat Kardiologiya institutundan uzaqlaşdırılan həkimlərin siyahısını təqdim edirik:


1. Elman Ələkbərov (Tibb elmləri doktoru)
2. Rufanə Allahverdiyeva
3. Afaq Qəhrəmanova
4. Afət Quliyeva


Qeyd olunan ittihamlarla bağlı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova ilə əlaqə saxladıq. İnstitutdan Bakupost.az -a bildirdilər ki, Gülnaz xanımın qəbul otağının telefonu işləmir.




Elnur
BakuPost
Şərhlər
  • Adil Əliyev

    Dəyərli Gülnaz xanim çox ğözəl həkim və ğözəl rəhbərdir.Sübut ede bilərəm.Qərəzli bir tərəf mövqe bildirmək özdə xanim üzərindən nə Jurnalist pəşəsinə nə dəki kişiyə yaraşan bir addimdi.Saytin rəhbərinə böyük hörmətim var dəyərli və mənə dəyərli birinin yaxinidi.Xahiş edirik bunu nəzərə alasiz.

  • Elşən Eyyubov

    Bir tərəfli mövqe bildirmək heçdə jurnalist peşəsinə yaraşmayan bir hərəkətdi.Gülnaz doktor həm rəhbər kimi həmdə bir insan kimi çox gözəl bir şəxsdi.Dəfələrlə Ürək çatişmamazligi olan bir insani nəcə öhtəsinə götürmüşdü.

  • Cammat

    Çox gümanki bu antimiili ünsürdür,qeyri türkdür.Siz haqqı tapdanan həkimlər birlik nümayiş etdirməsəz Sizi tək-tək didəcəklər.Birlikdə mübarızə lazımdır.

  • Həkim

    Mətnin içindəki loqo vurulmuş fotonun tam şəklidə paylaşın. Görək direktorun sarıldığı adam kimdir

  • Roma

    Saçını gözünün üstünə tökməyindən bilinir bunun səviyyəsi. Böyük bir elm-müalicə ocağının bu xanıma tapşırılması nə dərəcədə düzdür??? Yəni bu sahədə düz-əməlli bir nüfuz sahibi, elm adamı yoxdur???

  • Reklami Səhi Bicnesi

    AzSSR dövrü tarixdə qaldı! Təkbaşına buraxılmış əski SSRİ ərazisində demək olar ki, ümumi heç nə qalmayıb? Hər müəssisə və təşkilatda tam özƏLlikdir! Azərbaycanın mərkəzində belə onun Konstitusion hüquqları deyil, əski separatçı DQMV sovetliyin terrorçu qalıqları ilə Kreml Hərbi Kontingenti hökmdardırlar! Bu xanım da fərqlənməyən tipik direktor! İllərlə əmək haqqı, məzuniyyət və çıxış ödənişləri verməyən direktorlar, İHsədrləri özəl sadiq HəmKARKOR sadiqləri ilə heç də az deyil? Sovet Azərbaycanında nəinki, professor, elm doktoru olmaq, elm namizədi adı çoxillik tədqiqatlarla belə alınmırdi? İndi, necə deyərlər bir-iki məqalə, onlarla istinad, necə deyərlər-*itə də tök sayda elmləər DOKRORləri!!!?

  • Yetmalı

    Afərin,sükanı belə saxla,məgər digər sahələr fərqlidir?

  • Musa Şahnəzərov

    Kardiologiya Institutuna Rəşad həkim naşçılıq etməlidir. İndiki direktor təsadüfi adamdır, daha doğrusu hansısa başı çalmalının (yəni yuxarıdakılardan birinin)))) adamıdır, gəlin soxulub ora.

  • Roma

    Kim harda rəhbərdisə özünü hakimi mütləq hesab edir və işçilərinə aşağı növ insan kimi baxır.

  • Eliheyder Qarayev

    Burda teeccublu ne var ki, siz bir dene idare ve teskilat gosterin ki orda mudir iscilerle bu cur reftar etmir? Biz coxdan feodal munasibetlere dogru irelilemisik.... Ruslar demisken, vpered i s pesney!

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər