Ru
15:42 / 01 Aprel 2024

Kəndlər qaytarılmasa, ermənilər digər əraziləri də itirəcək - Politoloq

2060
“Paşinyan dörd kəndi Azərbaycana qaytarmaq məcburiyyətindədir. Təkcə 4 kənd deyil, o istiqamətdə bizim 4 ankavımız da var. Bu anklavlar öz xoşuna yaranmayıb. SSRİ rəhbərliyi Qazax rayonunun ərazilərini qanunsuz şəkildə ermənilərə verildikləri üçün yaranıb. Digər 4 kənd isə Azərbaycan sərhədinə bitişikdir. Biz mütləq o kəndləri geri alacağıq. Bundan sonra anklavlar məsələsi qarşılıqlı şəkildə həll edilə bilər. Başqa cür mümkün deyil”.




Bunu Bakupost.az -a politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, Ermənistanın sözügedən əraziləri qaytarmaqdan başqa şansı yoxdur:

“İrəvan bu məsələnin dinc yolla həllinə üstünlük verməlidir. Əks təqdirdə Zəngəzur və Göyçə məsələləri gündəmə gələ bilər. Ermənilər əsassız iddialarını davam etdirsələr, biz də orada tarixi ədaləti bərpa edəcəyik”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər