"Xalq yazıçısı Kamal Abdulla deyir ki, qadın evdə oturub uşağa baxsa yaxşı olar. Görünür, Kamal müəllimin maddi imkanı yaxşı olduğu üçün belə düşünür. Necə yəni qadın evdə otursun?".
Bakupost.az xəbər verir ki, bu fikirləri Kəramət Böyükçöl bildirib.
O əlavə edib:
"Mən səhərdən axşama kimi işləyib evə pul gətirməliyəm, o da rahat evdə oturub yeməlidir? Bu nə düşüncədir? Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də. Lox-zadam mən? Həm də işləmək qadını yorur, enerjisi azalır, axşam evə gələn kimi də yıxılıb yatır, evdə sakitçilik olur".
Qeyd edək ki, son günlər deputat Günay Ağamalının uşaq pulu, Xalq yazıçısı Kamal Abdullanın isə ailə, qadının cəmiyyətdəki rolu ilə bağlı səsləndirdikləri fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Lalə, BakuPost