Ru
17:18 / 27 Mart 2023

"Laçın yolunda nəzarət postları qurmalıyıq" - Fikrət Sadıxov

3932
Son günlər Ermənistandan Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan ərazisindəki erməni silahlı dəstələri üçün silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının intensivləşməsi Azərbaycanı qəti addımlar atmağa məcbur etdi.


Belə ki, ordumuz Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarını nəzarətə götürdü. Bu hadisədən sonra Rusiya MN Azərbaycanı üçtərəfli bəyanatın şərtlərini pozmaqda ittiham edib.


Bunu bəhanə edərək, Rusiya tərəfi Azərbaycana təzyiqləri artıra bilərmi?


Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən sabiq diplomat, politoloq Fikrət Sadıxov bildirib ki, Rusiyanın Azərbaycana irad tutması tamamilə əsassızdır.

Fikrət Sadıxov qeyd edib ki, bizim uzun müddət ərzində Rusiya Müdafiə Nazirliyinə, Xarici İşlər Nazirliyinə, eyni zamanda sülhməramlılara xəbərdarlığımız nəticə vermədi:

"Qarabağdakı erməni hərbi dəstələri üçün silah-sursat daşınması davam etdirildi. Ona görə də Azərbaycan bu addımı atmağa məcbur oldu. Çünki bizim torpaqlarımız bu cür məqsədlərlə istifadə oluna bilməz. Biz buna biganə qala bilməzdik. Bu, Rusiya ilə savaş məqsədi daşımır. Sadəcə, bu məsələ ilə bağlı qəti və prinsipial mövqeyimizi bildirdik. Hətta bundan sonra Laçın yolunda nəzarət postları qurmalıyıq".



Politoloqun sözlərinə görə, söhbət üçtərəfli bəyanatdan gedirsə, həm ermənilər, həm ruslar onun şərtlərini çoxdan pozub:


“Faktiki olaraq bir sıra maddələr yerinə yetirilməyib. O cümlədən Zəngəzur dəhlizi açmayıb, Xankəndindən hərbi dəstələr çıxmayıb, hətta sülhməramlılar onları silah və digər avadanlıqlarla təmin edir. Düşünürəm ki, bundan sonra diplomatik istiqamətdə addımlar atılmalıdır. Rusiyanın bu məsələni qızışdıracağı inandırıcı deyil. O, bunu açıq şəkildə etsə, öz mövqelərini itirə bilər. Amma vəziyyət gərgin olaraq qalır. Burada artıq digər oyunçuların, eləcə də ABŞ-ın öz mövqeyini bildirməsi vacibdir”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər