Ru
18:57 / 09 Avqust 2024

Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur

Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur
Eye

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur.

Bakupost.az “Report”a istinadla xəbər verir ki, Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

R.Ləbibov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 20-ə təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar