Ru
11:21 / 04 Noyabr 2024

Mahir Emreli "Hamburq"la oyundan sonra azarkeşlərə müraciət etdi

Mahir Emreli "Hamburq"la oyundan sonra azarkeşlərə müraciət etdi
Eye

Mahir Emreli "Hamburq"la oyundan sonra azarkeşlərə müraciət edib

"Nürnberq"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli II Bundesliqada "Hamburq"la heç-heçə etdikləri XI turun matçından sonra komandasının azarkeşlərinə müraciət ünvanlayıb.

Bakupost.az xəbər verir ki, 27 yaşlı hücumçu instaqram hesabında almanca paylaşım edib.

Sözügedən qarşılaşmada fərqlənən forvard fanatlara təşəkkür edib:

"Sizi daha da sevindirmək üçün qələbə qazansaydıq, şad olardıq. İndi diqqətimiz növbəti oyunadır. Mən komanda ilə fəxr edirəm".

Qeyd edək ki, "Hamburq" - "Nürnberq" qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. "Nürnberq" XII turda noyabrın 8-də “Kayzerslautern”lə üz-üzə gələcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar