Ru
20:57 / 08 İyul 2024

Məhərrəm ayı: "Bu musiqiləri dinləmək olmaz" - İlahiyyatçı

3928
Bu gün Məhərrəm ayının ikinci günüdür. Bu ayda bir çox insanları düşündürən məsələlərdən biri də müəyyən qadağalardır. Belə ki, bəzi din xadimləri Məhərrəm ayında musiqi dinləməyin günah, hətta qadağan olunduğunu bildirilər. Doğrudanmı Məhərrəm ayında musiqi dinləmək günahdır?



Bakupost.az -ın sualını ilahiyyatçı Tural İrfan cavablandırıb.

O, İslam dinində matəm ayı və günlərinin olmadığını, dinlənilən musiqilərin isə iki yerə bölündüyünü deyib:

“Üç gün yas var, o da adam öldüyü ərəfədə qeyd olunur. Yəni, sonrakı illərdə, əsrlərlə kiməsə yas tutmaq əmri və bunun nümunəsi yoxdur. Musiqi də İslam dinində halal və haram olaraq 2 növə bölünür. Haram musiqi insanda mənfi hisslər yaradan, günaha sövq edən, insan psixologiyasına neqativ təsir musidiqidir ki, buna qulaq asmaq doğru deyil. Mübah musiqi, yəni anlaşılan mənada icazəli musiqi isə şəhvət, qəzəb, nifrət və digər pis hisslər yaratmayan, insan ruhuna müsbət təsir edən ramedici musiqidir ki, bunu dinləməkdə heç bir problem yoxdur”.

Tural İrfan sözlərinə görə hələ orta əsrlərdə böyük filosof İbn Sina musiqinin insan sağlamlığına, əsasən, ürək xəstəliklərinə müalicəvi təsiri oldğunu qeyd edib:

“Məhərrəm ayının Ramazan ayı kimi Qurana, şəriətə əsaslanan xüsusi bir şəri, mahiyyəti olmadığı üçün bu ayda halal və haramlar İslam hüququnda təsbit olunmayıb. Haram elə bütün zamanlarda haramdır, həmçinin halal da. Əgər musiqi haramdırsa bu, başqa aylarda da, Məhərrəm ayında da haramdır. Halaldırsa da eynən. Lakin dinimizdə matəm olmasa belə, əgər müəyyən bir zümrə bu adəti qeyd edirsə, ona ehtiram etmək baxımından matəmə musiqi qatmaq olmaz. Adamın özü qulaq asırsa, bu başqa, yoxsa matəm qeyd edənlərin yanında musiqi dinləmək ədəbə ziddir. Başqa inanclara, hətta bütpərəstlərin belə adətlərinə ədəbli, dözümlü yanaşmaq İslamın əmridir. Odur ki, əgər bir qrup adam matəm elan edib, yas keçirirsə, orada musiqi dinləmək onların inancına hörmətsizlikdir. Yəni, İslamda olmasa da belə matəm qeyd edənlərə hörmət əlaməti olaraq musiqini təxirə salmaq lazımdır. Amma ümumiyyətlə götürsək, şəriət hökmlərində, heç bir İslam məzhəbinin fiqhində "Məhərrəm ayında müsiqi dinləmək olmaz" deyə qadağa yoxdur. Həmçinin Quranda da təbii ki, belə bir qadağa yoxdur”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər