Ru
13:01 / 19 Dekabr 2023

Mən onun xəstəsiyəm; Sevə bilməyən adam ölüdür - Hüseynbala Mirələmov - VİDEO

32520
Sabiq deputat, texnika elmləri doktoru, yazıçı Hüseynbala Mirələmov Bakupost.az -a geniş videomüsahibə verib.

O, Bakupost.az -a müsahibəsində uşaq yaşlarından jurnalistika və ədəbiyyata maraq göstərdiyini, hələ 7-ci sinifdə oxuyarkən, "Bir tikə çörək" hekayəsi ilə ədəbi fəaliyyətə başladığını bildirib. On birinci sinfi bitirdikdən bir il sonra - 1965-ci ildə isə "Azərbaycan pioneri" qəzetinin ədəbiyyat şöbəsində çalışmağa başlayıb.

Tələbəlik dövründən söz açan H.Mirələmov Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsində oxuduğunu, ali təhsili başa vurduqdan sonra əsasən, ixtisası üzrə çalışdığını, paralel olaraq isə, ədəbi fəaliyyətini davam etdirdiyini bildirib.

Müsahibədə o, həmçinin sovet dövründə Heydər Əliyevlə ilk tanışlığından, Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini işlədiyi zaman haqqında açılan cinayət işindən və AXC iqtidarı ilə ixtilaflardan, YAP-a necə qoşulduğundan, məşhur qırğız yazıçısı Çingiz Aytmatovla münasibətlərindən də söz açıb.

Təbii ki, müsahibədə son illərdə həyatında baş verən qalmaqallı hadisələrə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən uzaqlaşdırılmasına da toxunulub.

Ətraflı videomüsahibədə...





Zaur
BakuPost
Şərhlər
  • Şahin Quliyev

    Mən həyasız adam görmüşəm , amma bundan ifrat həyasızını görməmişəm , mən elə bilirdim bu o ,, əl işindən " sonra adamlar arasına çıxmaz

  • Mehman

    Çıxıb hələ müsahibə də verirsən.Bir məsəl var sübüt etmək olmur eyyyy. Əlində tutulub şair-yazıçı müəllim.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər