Ru
14:32 / 26 Fevral 2026

“Məni Xoşqədəmin əlindən alın” – Səidə Bəkirqızıdan kömək istəyən qadın kim olub? - VİDEO

“Məni Xoşqədəmin əlindən alın” – Səidə Bəkirqızıdan kömək istəyən qadın kim olub? - VİDEO
Eye

Son günlər Azərbaycan televiziya məkanında baş verənlər ictimaiyyətin əsas müzakirə mövzularından birinə çevrilib.

Bakupost.az xəbər verir ki, aparıcı Səidə Bəkirqızı jurnalist həmkarı Xoşqədəm Hidayətqızının efirində baş verənlərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Aparıcının sözlərinə görə, bir müddət əvvəl “Səni axtarıram” verilişində iştirak edən Nahidə adlı qadın əslində verilişdə aparıcının tapşırıqları əsasında rol oynayıb.

S.Bəkirqızı bildirib ki, həmin qadın daha sonra “Space TV” kanalında çalışdığı dövrdə əlaqə saxlayaraq aparıcıdan kömək istəyib:

“Neçə ay o qızı efirdə saxladı? Sonra Nahidə mənə mesaj yazdı. Xoşqədəm Hidayətqızının verilişindən ayrıldıqdan sonra “Space TV”nin qaynar xəttinə səs göndərmişdi ki, Səidə xanım, çox xahiş edirəm, məni Xoşqədəmin əlindən alın. Mən də əməkdaşlardan soruşdum ki, yenidən verilişə çıxırmı? Dedilər ki, yox, amma onu yenidən çağırırlar. Nahidə deyirdi ki, əslində həmin oğlan onu çox sevirmiş. Lakin Xoşqədəm Nahidəyə bildirirmiş ki, elə davran ki, oğlan səni itələsin, sən də “xeyr, sevəcəksən” de, gül aldır. Dediyinə görə, X.Hidayətqızı ssenarini belə yazırlarmış”.

Yasəmən, BakuPost
" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar