Ötən həftə yayımlanan videosujetdə keçmiş məcburi köçkünün 33 il məskunlaşdığı mənzilidə elektrik enerjisinə görə 10 min 47 manat borcu yaranması müzakirələrə səbəb olmuşdu.
Bakupost.az bildirir ki, bununla bağlı həmin keçmiş məcburi köçkün Balakişi Allahverdiyev Teleqraf-a açıqlama verib.
Onun sözlərinə görə, binada qaz və su olmayıb:
"Suyu sakinlər binaya çəkib. Qışda istilik sistemi olmadığından elektrik enerjisindən istifadə etmişik. Nəticədə də 10047 manat borc yaranıb. Mənzildən çıxarkən heç bir məişət tullantısı qoymamışam, o cümlədən söküntü işləri də aparmamışam".
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsindən isə bildirilib ki, Komitə tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində İsa Musabəyova məxsus mənzildə müvəqqəti məskunlaşmış Allahverdiyev Balakişi Şəmsəddin oğlunun elektrik enerjisindən istifadəyə görə yaranmış borcu ilə bağlı məsələ araşdırılıb. Nazirlər Kabinetinin 17 fevral 2017-ci il tarixli 55 nömrəli qərarına əsasən, vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərə istifadə etdikləri elektrik enerjisi üçün aylıq adambaşına 300 kilovat-saat həcmində dövlət hesabına güzəşt tətbiq olunur. Ailə başçısı – Balakişi Allahverdiyevə ümumilikdə 2026-cı ilin yanvar ayınadək adambaşına aylıq 300 kilovat-saat olmaqla, 5 nəfər üçün cəmi 1500 kilovat-saat həcmində elektrik enerjisi üzrə güzəşt tətbiq edilib.
Qeyd olunan halda yaranmış borc müəyyən edilmiş limitdən artıq istehlak nəticəsində formalaşıb. Qanunvericiliyə əsasən, limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyərinin ödənilməsi ilə bağlı maliyyə öhdəliyi mövcud deyil. Kommunal xidmətlərdən istifadəyə görə ödənişlərin yığılması aidiyyəti qurumlar tərəfindən həyata keçirilir.
Dövlət Komitəsi bir daha bildirir ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir və daxil olan hər bir müraciət qanunvericiliyə uyğun qaydada fərdi şəkildə araşdırılır. Vətəndaş müraciət rəsmi qaydada daxil olduğu təqdirdə qanunamüvafiq baxılacaqdır.
Cixmirlar evden bu lacin qacqini. Merkemede Bizimle cekiwir . Daimi apelasiyaya verir, meseleni uzadir ve en maraqlisi Dovlet vekilleri ve merkeme memurlari bu mesleye baxir ve uzadir iwi. Sond aqalib gelsek de , yene qacqin apelasiya verir. Ne edek ? Komek edin ! SoS....SoS ...HELP !!!!!!
Əvvəla insan olmaqçün nə qaçqınına nə yerlisinə baxılmır. İnsanlar var abır həyası yoxdur və istədiyi kimi at oynadır. Quru odunlara görə yaş olanlarda yanır. İstifadə etmisən əcəb etmisən. Heç olmasa ev sahibini pis vəzziyətə qoymada. Allah islah etsin
Zibil qoyub cixmali idin?ve ya evi sokub ermeniler kimi unitaz aparmali idin yoxsa?illerdi qalirsan bir qepiksiz utanib olmure
Bakıda anadan olandan da yaxşı yaşayır məcburi köçkün .Adam tanıyıram siçan kimi yalnız pul yığıb orda burda özünə nələrsə almaqdır işi işıq pulunu niyə verməyib köçkün haqsızlıqdır .Bakıda yaşayanlar ondan da çətin yaşayır .Amma güzəşt olmur
Bir sheyi basha dusha bilmadim ki bu Azerishiq hara baxirmish yaxshi ayliq adambashina 300 KV pulsuz ishiq istifada ediblar 5 nefar 1500.Sakinin 5 Man borcu olan kimi qapisini elli defa doyullar odenish olmayandada ishigi kesirlar.Demak Azerishiginda burda qazanci olub.Neynirlarmish bunlar kucanin ishiqlandirna diraklarini Eva qoshublar.
İnsanda abir heya vicdan olmadimi o insandan qorxmaq lazimdir Bir insan ki eline kecen fursetden sui istifade etmeye başladi uzaqlaş
Sosial alanlarin qepiyine qeden hesablayirlar pullarindan tuturlar bunkara neceb sozdeyen olmayib??
Çünki onlara güzəşt edən qurumlar ki var Hansıki göz yumurlar onlar da qarabağlılardi ona göre.Ama biz yerli admlar ve yaxud qeyri qarabağlılara qan uddururlar .Bir gün işıq pulunu ödəmə gör senin ananı necə ağladılar????Ele Ermeniye güllə atmamağı ds burdan bilinir. ne ise
Azərsu isə bizə gəlib yalandan 500 manat borc yazır,biz məcburi köçkün ya qaçqın deyilik, quyruğumuz yoxdur.
Bu problemin normal qaydada həll edilməsi mümkün olduğu halda, niyə və kimlər tərəfindən bu şəkildə qabardılaraq insanlar qarşı-qarşıya qoyulur?! Kimisi sünnu şiə deyib bu xalqı bölməyə çalışır, kimiləri də bakılı rayonu, indi də qaçqın yerli... Niyə axı? Bu səfər harda içində kin nifrət bəsləyənlər var, pislikləri tökülür ortaya. İnsanları bir biriylə qarşı qarşıya qoymaq istəyənlərə fürsət verməmək də əlbəttə öz əlimizdədir
Qaçqınlar zatən yataqxanalarda bu illər ərzində qazı suyu, işığı pulsuz istifadə ediblər. Mən bunu haqsızlıq sayıram ölkə əhalisinə. Müəyyən müddət başa düşmək olardı, iş qurana qədər. Amma bəs sonra niyə ödəməyiblər. İndi də camaatın haqqı olan pullar o bölgələrin abadlaşdırılmasına sərf olunur.
Danışdığı dəxlisiz sözlərə bir bax: "suyu sakinlər binaya çəkib. Qışda istilik sistemi olmadığından elektrik enerjisindən istifadə etmişik. Nəticədə də 10047 manat borc yaranıb. Mənzildən çıxarkən heç bir məişət tullantısı qoymamışam, o cümlədən söküntü işləri də aparmamışam." Nə dəxli var? Suyu binaya kimin çəkməyindən, çıxarkən evdə məişət tullantısı qoyub qoymamağından, söküntü aparıb aparmamağından asılı olmayaraq faktiki olaraq həmin elektrik enerjisini sən işlətmisən, sənin işlətdiyin elektrik enerjisinin pulunu niyə başqası ödəməlidir?
Qacqinlara olunan guzeşt 30 ilden artiq yaranmiş Dovletde hec b8r az teminatli ailelele edilmedi. Qacqin ela bil baş yarib, hami ona borcludu, qoydu geldi, qan tokduler aldilar, xalxin evinde 30 yaşayib mufte indine 10min borcla qoyub cixir. Adam deyerler dedene borcum var ay vicdansiz.
Gör bunun necə evi var ki,işig pulun çatdıra bilmir.azər işig mənim 10 manat borcum olan kimi gəlib saygacdan məftili kəsib qaçır.
İnsanda abir həya yaxşı şeydir. 10 min işıq pulu necə yiğılıb? Evdeki xetden hansisa obyektd işıq çəkib. Bir de dövləti siz talan edin. Büdcede de kəsr yarananda da işıq pulunu tarif şurasi qaldrsn.