Ru
11:06 / 09 Oktyabr 2024

Mesut Özil Bakıya gəlir

Mesut Özil Bakıya gəlir
Eye

Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Mesut Özil Azərbaycana gələcək.

Bakupost.az xəbər verir ki, bu barədə “Qarabağ” klubunun rəsmi saytı məlumat yayıb.

Ağdam klubunun dəvəti ilə Bakıya səfər edəcək ulduz futbolçu Azərbaycan çempionunun qonağı olacaq.

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış veteran yarımmüdafiəçi “Qarabağ”ın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək.

Oktyabrın 11-də “Azersun Arena”da keçiriləcək tədbir saat 16:30-da başlayacaq.

Qeyd edək ki, arenaya giriş sərbəst olacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar