Ru
14:30 / 06 Avqust 2022

Millət vəkilindən səfirlərimizə ÇAĞIRIŞ

3272
"Səfirliyimizin fəaliyyət göstərdiyi ölkədə yerli hüquq-mühafizə orqanları təhlükəsizlik üçün cavabdehlik daşıyır".

Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.


Millət vəkili Londondakı səfirliyimizin mühafizəsinə ciddi laqeyidlik olduğunu bildirib:


"Səfirliyimizin binasının mühafizəsi Böyük Britaniya hökuməti tərəfindən təşkil olunmalı idi. Əgər hər hansısa bir qrup rahat şəkildə səfirlik binasına hücum edib, vandalizm hərəkətləri törədirsə, bu, həmin ölkənin hüquq-mühafizə sisteminin zəifliyindən xəbər verir. Ola bilərdi, hansısa bir terrorçu üstündə bomba ilə səfirliyə daxil olsun. Bu zaman ölüm halı qaçılmaz olardı. Bu hadisə onu göstərir ki, Böyük Britaniya hökuməti tərəfindən səfirliyimizin mühafizəsində çox ciddi məsuliyyətsizlik və laqeyidlik olub. Ən məyusedici məqam Azərbaycan bayrağının təhqir edilməsidir. Böyük Britaniya krallığı bu məsələyə səthi yanaşmamalıdır. Həbs olunan 8 nəfərlə yanaşı, onların arxasında duran qüvvələr tapılmalı və həbs olunmalıdır."


E.Məmmədov səfirliklərimizi mühafizə məsələsinə diqqət yeturməyə çağırıb:


"Tarixə nəzər salsaq, görərik ki, vaxtilə nə qədər türk diplomatı Avropanın müxtəlif ölkələrində erməni terrorçuları tərəfindən qətlə yetirilib. O terrorçular bu gün də Avropa dövlətlərində mövcuddur. Onlar başqa ölkələrdəki səfirliklərimizə hücum edə bilərlər. Səfirliklərimizin olduğu ölkələrin hüquq-mühafizə orqanları təhlükəsizliyə görə çox ciddi məsuliyyət daşıyırlar. Həmçinin səfirliklərimiz də daim mühafizəni güclü tutmalı və diqqətli olmalıdırlar".

Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər