Mingəçevir şəhərində 34 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Mingəçevir Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş verib.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Emil Zakir oğlu Şükürov binada təmir işləri apararkən ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.