Moldova parlamenti rəsmi sənədlərdə moldova dilinin rumın dili ilə əvəz edilməsi haqqında qanun layihəsini qəbul edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Sputnik Moldova" məlumat yayıb.
Qanun layihəsi müzakirə olunarkən müxalif Kommunistlər və Sosialistlər Blokunun (BKS) deputatları tribunanın qarşısını kəsərək, üzərində “Moldova, moldovalılar, Moldova dili” və “Konstitusiyanı ələ salmayın” yazıları olan plakatlar qaldırıblar.
Buna cavab olaraq PAS-dan olan deputatlar kürsünü azad etməyə çalışıblar. Bu səbədən tribuna qarşısında dava düşüb.
Qeyd edək ki, fevralın 10-da baş nazir və Moldova hökuməti istefa verib. Lakin Moldova prezidenti Maya Sandu bildirib ki, bu, ölkədə qeyri-sabitliyə gətirib çıxarmayıb.
Zaur
BakuPost