Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:58 / 11 İyul 2024

Mövsüm meyvələri niyə ucuzlaşmır? - Açıqlama

4601
Mövsümü olmasına baxmayaraq, bu gün bazarlarda satılan meyvələrin bir çoxunun qiyməti bahadır. Əvvəlki illərlə müqayisədə mövcud bahalıq iqlim şəraiti ilə izah edilir. Havaların yağıntılı keçməsi, bəzi rayonlarda baş verən daşqınlar məhsuldarlığa ciddi təsir edib. Bu da mövsümi meyvələrin bahalaşmasına səbəb olub.




Məsələyə münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakupost.az -a deyib ki, ölkənin meyvə-tərəvəz bazarında müşahidə olunan qiymət artımı bir sıra amillərlə bağlıdır. Bura dünyada baş verən proseslərin təsirləri də var. Çünki meyvə-tərəvəz bazarındakı məhsulların böyük hissəsinin yerli məhsul olmasına baxmayaraq, idxalın payı yenə də yüksəkdir:

"Ən azından gübrə təsərrüfatındakı vəziyyətə nəzər salsaq, bunu görərik. Bununla yanaşı kredit resurslarına çıxış imkanlarındakı çətinliklər, qiymətlərin yüksək olması öz təsirini göstərir. Kənd təssərüfatı istehsalçılarının birbaşa satış bazarlarına çıxmasındakı çətinliklər də bazardakı qiymətlərə təsir göstərir".


İqtisadçı hesab edir ki, ticarət bazarındakı möhtəkirlik meyillərinə qarşı effektiv mübarizə aparılmalıdır:


"Çünki son nəticədə bu da qiymətlərin bahalaşmasına təsir göstərən amillərdəndir. Dövlət qiymətlərin tarazlaşdırlması istiqamətində müvafiq işlər görür. Ölkədə kənd təsərrüfatı sektoru bir çox ödənişlərdən azaddır. Fiskal siyasət nöqteyi- nəzərindən müvafiq güzəştlər var. Bununla bərabər sözsüz ki, sistemli şəkildə qiymətlərin qorunması, bahalaşmanın qarşısının alınması üçün kredit resurslarına çıxış imkanlarının daha əlçatan olmasına nail olunmalıdır. Xüsusi kreditləşmə xətlərinin açılması və girov bazası ilə bağlı tələblərin yumşaldılması zəruridir. Bununla yanaşı, regional-iqtisadı əməkdaşlığın dərinləşməsinə ehtiyac var ki, biz gübrə resurslarına daha əlçatan şəkildə çıxış imkanı əldə edə bilək. Bazardakı vasitəçi halqaların aradan qaldırılması və bazar möhtəkirliyi ilə effektiv mübarizə sözsüz ki, qiymətlərin tarazlaşmasına şərait yaradar”.



Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, ölkədə kənd təsərrüfatı 50 faiz idxaldan asılıdır:

“Bölgələrdə, kəndlərdə əkinçilər heç nə əkmək istəmirlər. Çünki kredit götürüb məhsul əkirlər, məhsul qalır əllərində, sonra heç krediti ödəyə bilmirlər. Ziyana düşürlər. Bunun qarşısını almaq üçün aqrar sektorda işlər yenidən qurulmalıdır. Yoxsa vəziyyət daha da pis olacaq”.




Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar