“Sabah” FK-nın qapıçısı Nicat Mehbalıyevin toyudur.
Bakupost.az xəbər verir ki, bu haqda klubun sosial şəbəkə hesabında məlumat verilib.
“Qapıçımız Nicat Mehbalıyev ailə həyatı qurub. “Sabah” FK kollektivi bu münasibətlə Nicatı təbrik edir, ona xoşbəxt ailə həyatı arzulayır”, - məlumatda qeyd olunub.