Ru
23:58 / 04 Noyabr 2025

Azərbaycanlılar bu ölkədə mənzil alır - Qiyməti açıqlandı

Azərbaycanlılar bu ölkədə mənzil alır - Qiyməti açıqlandı
Eye

Batumidə yeni mənzilləri əsasən əcnəbilər alır.

Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

2025-ci ilin məlumatına görə, Batumdakı mənzillərin 77%-ni əcnəbilər, 23%-ni isə Gürcüstan vətəndaşları alıb.

Mənzil alışlarının vətəndaşlığa görə bölgüsü aşağıdakı kimidir:

1. Gürcüstan - 23%;

2. Ukrayna, Rusiya və Belarus - 20%;

3. İsrail - 16%;

4. Avropa - 12%;

5. Türkiyə - 9%;

6. Ərəb ölkələri - 7%;

7. Mərkəzi Asiya - 6%;

8. Azərbaycan və Ermənistan - 2%;

9. Digər ölkələr 5 %.

Mənzil fondunun artımı ilk növbədə dəniz kənarında yerləşən “investisiya mənzilləri” hesabına baş verir. Şəxsi istifadə üçün yaşayış binaları şəhərin mərkəzində cəmləşib.

Əsasən, orta səviyyəli studiya mənzillər satılır, qiyməti bir kv.m üçün 1500-2500 dollardır.

Batuminin daşınmaz əmlak bazarının 2025-ci ildə 1,1 milyard dollara çatacağı və 16 800 mənzil satılacağı proqnozlaşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar