Qəzzada 119 gündür davam edən hücumlarla bağlı məlumat verilib.
Bakupost.az xəbər verir ki, İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağında daha 112 fələstinlini şəhid etdiyi, 148 fələstinlini isə yaraladığı bildirilib.
Oktyabrın 7-dən etibarən İsrailin Qəzzada təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 27 min 131-ə, yaralıların sayının isə 66 min 287-yə yüksəldiyi qeyd edilib.
Səhiyyə Nazirliyinin sözçüsü Kudra, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğunu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyini vurğulayıb.
Aygün
BakuPost