Ru
09:37 / 01 Yanvar 2025

Mütəxəssislər Cənubi Koreyada qəzaya düşən təyyarənin qara qutusundan məlumat çıxardılar

Mütəxəssislər Cənubi Koreyada qəzaya düşən təyyarənin qara qutusundan məlumat çıxardılar
Eye

Mütəxəssislər dekabrın 29-da Muan hava limanında qəzaya uğrayan Jeju Air təyyarəsinin qara qutusundan səs yazıcısına dair məlumatları çıxarıb və audiofayllara çevirirlər.

Bakupost.az xəbər verir ki, bu barədə Cənubi Koreya Nəqliyyat Nazirliyinin mülki aviasiya departamentinin direktoru Çju Çenq Vanq brifinqdə danışıb.

“Səs yazıcısından məlumatların çıxarılması tamamlandı. Bu gün onların səs fayllarına çevrilməsi istiqamətində işlərə başlanılıb” – o deyib. Cənubi Koreya rəsmisi əlavə edib ki, işlər mümkün qədər tez aparılacaq.

Qeyd edək ki, ötən il dekabrın 29-da Boeing 737-800 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 181 nəfərdən 179-u həlak olub . Bu, Koreya Respublikasında ən dəhşətli hava qəzası hesab edilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar