"Qərb Ukraynadan Rusiyanın qələbəsinin mümkünsüzlüyünü nümayiş etdirməyi tələb edir".
Bakupost.az "MK"-yə istinadla xəbər verir ki, bunu Bu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
“Qərb Zelenski rejimindən itkilərindən asılı olmayaraq, dünya ictimaiyyətinə Rusiyanın Ukrayna münaqişəsində qələbəsinin mümkünsüzlüyünü nümayiş etdirməyi tələb edir”, - deyə o bildirib.
Siyasətçinin sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna rəhbərliyini silahlı qüvvələr sıralarında böyük itkilərə səbəb olacaq səfərbərliyi maksimuma çatdırmağa sövq edir.
Xarici Kəşfiyyat Xidmətinin direktoru vurğulayıb ki, Kiyev hakimiyyətinə hərbi xidmətə çağırış yaşını 17-70 yaşa çatdırmaq və qadınlar üçün əlavə səfərbərlik tədbirləri həyata keçirmək tövsiyə olunub.
Zaur
BakuPost