Ru
12:09 / 04 İyul 2025

Nazir strateji valyuta ehtiyatlarımızın miqdarını açıqladı

Nazir strateji valyuta ehtiyatlarımızın miqdarını açıqladı
Eye

Bu gün Azərbaycanın xarici valyuta resursları 74 milyard dollardan artıqdır

Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki 2024-cü ildə də "Böyük qayıdış" proqramı uğurla icra edildi. Bu icra çərçivəsində 15 mindən çox vətəndaşımız doğma yurdlarında məskunlaşdılar. Eyni zamanda ölkəmizin müdafiə qabiliyyəti gücləndirildi:

"2024-cü ilin büdcəsi həm gəlir, həm də xərclərin icrasında müsbət dinamika göstərməklə yanaşı, eyni zamanda imkan verdi ki, Azərbaycan öz ehtiyatlarını daha da artırsın. Bu gün Azərbaycanın xarici valyuta resursları 74 milyard dollardan artıqdır. Bu, getdikcə daha da artırılacaq. İnanıram ki, qısa müddətdən sonra növbəti ilin büdcəsinin müzakirəsinə başlayacayıq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar