Ru
12:37 / 02 İyul 2025

Niyə məhz Yekaterinburq? Qubernator Əliyevin hər ad günündə... - FOTO

Niyə məhz Yekaterinburq? Qubernator Əliyevin hər ad günündə... - FOTO
Eye

Rusiyada Azərbaycana qarşı başlayan təzyiq kampaniyasının məqsədi, hədəfi, rəsmi Bakıdan nələrin tələb edilməsi və gərginliyin nə qədər davam edəcəyi ehtimalları içərisində başqa bir sual da aktualdır: Niyə hər şey Sverdlovsk vilayətindən, bu vilayətin mərkəzi Yekaterinburqdan başladı?

Bakupost.az xəbər verir ki, Sverdlovsk – Rusiyada azərbaycanlıların daha çox toplaşdığı və böyük biznes şəbəkələrinə, o cümlədən güclü diaspora sahib olduğu vilayətlərin başında gəlir. Üstəlik, Sverdlovska uzun illər qubernatorluq etmiş Yevgeni Kuyvaşev azərbaycanlılarla və Azərbaycanla yüksək əlaqələri hər zaman qoruyub-saxlayıb.

Kuyvaşevi hətta 2014-cü ildə Prezident İlham Əliyev Bakıda qəbul edib və şəxsi münasibətlər də üst səviyyəyə qalxıb. Bunun bariz nümunəsi Kuyvaşevin Azərbaycan Prezidenti İlham Əliyevi hər il ad günü münasibəti ilə təbrik etməsi və bu təbrikiin Prezidentin saytında və dövlət agentliyində dərcidir.

Əsas diqqət əlbəttə ki, Kuyvaşevin vəzifədən azad olunmasına yönəlir. Bu il martın 26-dan Kuyvaşevi qubernator vəzifəsində Denis Pasler əvəzləyib.

Denis Pasler hələ qubernator təyin edilməyib, əvəzedicidir, ancaq olduqca maraqlı bioqrafiyası var. 1978-ci il təvəllüdlü Pasler də siyasi karyerasına Sverdlovskda başlayıb, 2008-ci ildə vilayət məclisinin deputatı olub, daha sonra – 2012-2016-cı illərdə Sverdlovsk vilayəti hökumətinin sədri olub.

İddialara görə, Kuyvaşevlə münasibətləri yaxşı olmayıb, buna görə də 2016-cı ildə istefa verib, 2019-cu ildə isə Putin onu Orenburqa qubernator göndəriub, 21 mart 2025-ci ildə isə Sverdlovska qubernator vəzifələrini icra edən kimi qayıdıb.
Bəzi politoloqların fikrincə, Pasler Kuyvaşevin münasibətlərinin yüksək səviyyədə olduğu dairələr, o cümlədən biznesmenlər, diasporlarla “haqq-hesab” çəkməyə girişib. İddialara görə, Pasler buna görə azərbaycanlıları hədəf seçib, çünki Kuyvaşevlə vaxtilə toqquşmalarında azərbaycanlılar qubernatorun yanında olublar.

Ancaq məsələ heç də bu qədər sadə deyil. Belə ki, Pasler heç bir halda azərbaycanlılara qarşı bu qədər irimiqyaslı zorakılıqlara cəsarət edə bilməzdi. Bəzi informasiyalara görə, Kuyvaşevin çıxarılması, onun əvəzinə Paslerin Orenburqdan geri qaytarılması və məhz Sverdlovska “icraedən” təyin edilməsi onun azərbaycanlılara mənfi münasibətindən istifadə etmək məqsədilə edilib. Yəni Kreml Yekaterinqburqdakı azərbaycanlıları yaxşı tanıyan və onlarla münasibətləri pis olan şəxsi qəsdən Orenburq qubernatorluğundan çıxarıb, Sverdlovska qaytarıb ki, bu kampaniyanı ən aqressiv formada aparmaq imkanı yaransın.

Beləliklə, Paslerin “Kuyvaşevin dostlarından” qisas almasına yaşıl işıq yandırılıb.
Burda ən önəmli siyasi məqam isə “geri addım imkanı”dır. Rusiya Yekaterinqburq olayları ilə təzyiqləri istənilən vaxt dayandırmaq üçün siyasi imkanını saxlamaqdadır: əvvəla, Pasler qubernator deyil, qubernator vəzifəsini icraedəndir və “işinin öhdəsindən gəlmədiyi” üçün qubernator vəzifəsinə təsdiqlənməməsi mümkündür; ikincisi, Kreml Paslerin “qisas”ından “xəbərsizliyini” görüntüləmək və bütün məsuliyyəti onun üzərinə atmaq fürsətinə malikdir.
Yəni Kreml istənilən an baş verənləri “yerli hakimiyyətin özbaşınalığı”na yaza bilər.

Elnur
Baku Post

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar