Ru
15:58 / 02 İyul 2025

Onu xilas etmək lazımdır - Həmid Herisçidən SOS çağırışı

Onu xilas etmək lazımdır - Həmid Herisçidən SOS çağırışı
Eye

Azərbaycanın musiqi ənənələrindən biri olan qaval ciddi təhlükə altındadır.

Bakupost.az xəbər verir ki, bu barədə yazıçı və jurnalist Həmid Herisçi danışıb.

Onun sözlərinə görə, yaşadığımız dövrdə qaval ifaçılığı sıradan çıxır, amma bu haqda heç kim həyəcan təbili çalmır:

“Bu, acı bir etirafdır. Bizim canlı bir ənənəmiz var və həmin canlı ənənəni Mahmud Salah davam etdirir. SOS siqnalı çalıram ki, Azərbaycan qavalı üzərində böyük bir təhlükə - Damokl qılıncı asılıb, xilas etmək lazımdır. Muğam yarışmaları keçirilir, əllərində qaval tuturlar. Ancaq niyə tuturlar? Çox vaxt düzgün tutmurlar, onun içinə qum da tökürlər ki, müəyyən maraqlı bir səs çıxsın. Hətta bəzi meyvə tumları da əlavə olunur. Muğam ifaçılarının əksəriyyəti qavalı elə-belə tutur, guya ki, səsi yönləndirirlər. Halbuki onun məqsədi təkcə səs yönləndirici olmaq deyil”.


Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar