Ru
17:21 / 16 İyun 2025

Orxan Fikrətoğlunun yeni romanı çap olundu - FOTO

Orxan Fikrətoğlunun yeni romanı çap olundu - FOTO
Eye

Azərbaycanın tanınmış yazıçısı, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun yeni bədii əsəri – “Dəftər” romanı Elm və Təhsil nəşriyyatında çap olunub.

Bakupost.az xəbər verir ki, roman öz janrına və ideyasına görə qeyri-adi təqdimatla diqqət çəkir: məktəbli inşa dəftəri formasında tərtib olunmuş bu əsər həm zahiri quruluşu, həm də dərin fəlsəfi məzmunu ilə oxucunu düşündürür.

Əsərin əsas ideyası – "Bir adamın on cildə düşməsi", yaxud başqa sözlə desək, insanın zamanla parçalanması, hissələrə bölünərək kimliyini itirməsi və nəhayət, məna axtarışı ilə yenidən özünü kəşf etməsidir. Müəllif insan həyatını bir məktəb dəftərinə bənzədir: səhifə-səhifə yazılan, silinən, düzəldilən, sonda isə bir bütöv mənaya çevrilən bir taleyi əks etdirir.

Orxan Fikrətoğlunun özünəməxsus üslubunda yazılmış “Dəftər” həm postmodernist yanaşma, həm də milli ruhun simvolik təcəssümüdür. Əsər təkcə mətn olaraq deyil, həm də ideya və forma baxımından müasir Azərbaycan ədəbiyyatında yenilik sayıla bilər.

Roman yaxın günlərdə kitab mağazalarında satışa çıxarılacaq.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar