ABŞ-ın Florida ştatının sakini Tairon Aleksandr bir neçə il ərzində özünü aviaşirkət işçisi kimi təqdim edərək təyyarələrdə pulsuz uçduğuna görə məhkəmə qarşısına çıxarılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
İş materiallarına görə, həmin şəxs 2018-ci ildən 2024-cü ilə qədər özü tərəfindən hazırlanmış dələduzluq sxemindən istifadə edib.Belə ki, o, aviaşirkət əməkdaşları üçün nəzərdə tutulmuş daxili sistemə daxil olaraq biletlər əldə edib. Təqsirləndirilən şəxs bron sisteminə 7 aviaşirkət əməkdaşına məxsus saxta nişan nömrələrini və saxta işə qəbul tarixlərini daxil edib. Bu üsulla o, 120 reys üçün pulsuz bilet əldə edə bilib.
Dələduz barəsində hökm avqustun 25-də elan olunacaq. Onu 30 ilədək həbs gözləyir.
Lalə,
BakuPost