Ru
18:18 / 09 İyul 2025

Papa Zelenskini Rusiya ilə danışıqlara dəvət etdi

Papa Zelenskini Rusiya ilə danışıqlara dəvət etdi
Eye

Roma Papası Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiya və Ukrayna arasında danışıqların Vatikanada keçirilməsini təklif edib.

Bakupost.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tac Katibliyinin bəyanatında bildirilir.

“Müqəddəs ata Vatikanda Rusiya və Ukrayna nümayəndələrini qəbul etməyə hazır olduğunu təsdiqləyib”, - sənəddə deyilir.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski bu gün Romaya səfər edib və burada İtaliya prezidenti Serdco Mattarella ilə görüşüb.Ukrayna liderinin həmçinin Roma Papası XIV Lev ilə görüşü baş tutub.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar