Ru
20:04 / 29 May 2025

Papikyan: Azərbaycan bundan qəti şəkildə imtina etdi

Papikyan: Azərbaycan bundan qəti şəkildə imtina etdi
Eye

Ermənistanın müdafiə naziri Suren Papikyan bu gün, mayın 29-da jurnalistlərlə söhbətində Xəznəvar kəndinin “atəşə tutulması” ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Bakupost.az xəbər verir ki, Papikyan bununla bağlı Azərbaycana sorğu verildiyini deyib.

“Biz Azərbaycandan məsələyə aydınlıq gətirməsini istədik, lakin onlar bunu etdiklərini etiraf etməkdən imtina etdilər”, - Papikyan bildirib.

Qeyd edək ki, Ermənistan MN mayın 29-da saat 01:00-dan 01:15-dək guya Zəngəzurun Xəznəvar kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəş açıldığı və yaşayış binasının zədələndiyi iddiasını yayıb. Ermənistan MN yaydığı məlumatda foto və video sübut belə təqdim etməyib.

Azərbaycan MN məlumatın yalan olduğunu rəsmən elan edib.

Bakupost.az

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar