Ru
11:25 / 24 Oktyabr 2026

Pensiyalarla bağlı mühüm məsələ: Yaş və ödənişlər dəyişir?

Pensiyalarla bağlı mühüm məsələ: Yaş və ödənişlər dəyişir?
Eye

Dövlət Sosial Müdafiə Fonduna (DSMF) dövlət büdcəsindən ayrılan vəsait 100 milyon manat azalacaq. Qanun layihəsinə əsasən, gələn il Fondun büdcəsinin balanslaşdırılması üçün 1,6 milyard manat ayrılması nəzərdə tutulur. Bu məbləğ 2026-cı il üçün təsdiqlənən 1,7 milyard manatla müqayisədə 5,9 faiz azdır.

Bu azalma pensiyaların və sosial müavinətlərin ödənilməsinə necə təsir göstərəcək? Gələcəkdə sosial ödənişlərin maliyyələşdirilməsində çətinlik yarana bilərmi?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov büdcədən DSMF-yə ayrılan vəsaitin azaldılmasının fondun vəziyyətini çətinləşdirəcəyini deyib.

“Buna görə də DSMF pensiyaların hesablanması və digər məsələlərdə daha qənaətcil modelə keçməyə məcbur qalır. Hazırda fond dövlət büdcəsindən subsidiyalaşdırılır, sadəcə, subsidiyanın həcmi azaldılır. Yəni DSMF hələ də maliyyə baxımından dayanıqlı modelə keçməyib. Fondun maliyyə dayanıqlığını təmin etmək üçün Azərbaycanda işsizlik azalmalı, gəlirlər və əməkhaqları artmalı, yaxud əməkhaqlarından DSMF-yə ödənilən ayırmaların faizi yüksəlməlidir. Digər variant isə insanların hazırkı dövrlə müqayisədə daha gec pensiyaya çıxmasıdır. Bu amillər fondun maliyyə dayanıqlığını təmin edə bilər. Təbii ki, gəlirlərin artması üçün də müvafiq şərait yaradılmalıdır”, - o əlavə edib.

İqtisadçı bildirib ki, hazırda ölkədə bəzi iqtisadi siyasətlərin yanlış aparılması, xüsusilə də qeyri-neft sektorunda əmək haqlarının artmasına mane olur:

“Sadalanan addımlar isə əhali üçün arzuolunan deyil. Dövlət və hökumət bu istiqamətdə qərarlar qəbul edərsə, həmin addımlar kifayət qədər qeyri-populyar olar və cəmiyyətdə narazılıqla qarşılanar. Bununla belə, DSMF-nin maliyyə dayanıqlığına nail olmaq da vacib şərtdir. Eyni zamanda, fondun idarə edilməsində də səmərəlilik təmin olunmalıdır. Hazırda DSMF-nin səmərəsiz idarə olunduğunu düşünürəm.

Digər məsələ isə bir sıra şəxslərə yüksək məbləğdə pensiyaların təyin edilməsidir. Bu, fondun maliyyə vəziyyətini çətinləşdirməklə yanaşı, digər pensiyaçıların da vəziyyətinə mənfi təsir göstərir. Hesab edirəm ki, həmin pensiyaların təyin olunması prosesində ciddi qeyri-şəffaflıq halları var. Bəzi şəxslər məhkəmələrdə fondu udublar, lakin DSMF həmin proseslərdə kifayət qədər hüquqi addımlar atmayıb. Bunun qəsdən edilməsi ehtimalı varsa, bu, fond daxilindəki qeyri-şəffaflığın göstəricisidir. Bütün bu məsələlər həm DSMF-nin maliyyə vəziyyətinə, həm də pensiyaçıların durumuna əlavə təzyiq yaradır”.

Şərhlər
  • İlahiyə Bağırova (ŞƏHİD yoldaşı)

    Mənim boyun fəqərəmdə onurğamda çoxlu sayda yırtıqlar var. Bir zamanlar bu səbəbdən pensiya alırdım. Onuda kəsdilər. 30 ildir pedoqoji işdə işləyirəm. 55 yaşım var. Sualım Sosial sğorta nazirinədir. Niyə mənə pensiya düşmür. Belə qanun hansı dövlətdə var? Hansı xalq bizi kimi gora gedənə qədər işləyir ? Torpaqdan DSMF nazirinə baxacağıq. DSMF də oturub qanun icad eyləyən allah səni o qədər yaşatsın ki özün hər gün Allaha əl aç yalvar ki sənə ölüm göndərsin. 20 yaşımdan ŞƏHİDİN dul arvadı qaldım. Heyif şəhidimin axan qanına.

  • Günay Hüseyinzadə

    Qadınların pensiya yaşı azaldılsın

  • Tunzale Naxcivanli

    Salam 13 il bundan qabaq Azərbaycanın Millət Vəkillərinden Və Deputatlarından olan 40 Dene İzmir'in Urla ilçesinde Deniz kenarında 40 ədəd her biri ayrı ayrılıqda milyonluq villa istirahət merkezi tiktiribler haraminiz olsun Hansı maaşla bunu edibsiz hansı gelirle neyle Siz Azerbaycaninin üz qardaşınız Bizlere ne deputat ne nazir nedeki Milletvekilleri lazımdı Anacaq öz menafeyinizi gudursuz ancaq öz qohum eqrabalarinizi gətirir siz vəzifəyə Allahin lənəti üzerinize olsun elə bilməyin heçnə bilinmir faktlar var

  • İlahe elizade

    Pensiyya yaşı azalmır nede pensiyalar yüksək olmur.bu insanları ne ile sınayırlar.statiskaya baxıb pensiya yaşı təyin ediblər çünki 60 yaşdan sonra tek tuk insan yaşaya bilir .çünki ölüm yaşı cavanlaşır bu millete yazığınız gelsin hebici qardaşıma ürəyim ağrıdı olsrin haqqı odenmezdi.

  • Rəfayıl Yüzbaşıyev

    Ömrüboyu hərbi qulluqçuluqdan başqa bir yaxşı gün görmədim. 26 il xidmət etdim, onun 6 ilini 24 saat xidmətdə oldum. Ölüm itimi daha demirəm. Kimlərsə səhər işə gedib axşam evdə rahat yatıb, indi mənim yüksək pensiya aldığımı yazırlar. Bəs necə olmalı idi, ay kiməsə gücü çatmayıb bizdən danışanlar? 26 ildə qohum qardaş toyuna gedib saat 10-da çatıb stollardan qızdırılmış yeməklər yemişik. Yaslara ancaq 40 gününə gedə bilmişik. Can verən ağbirçəyim məni istəyib icazə verilməyib gedəm gözü yolda ölüb. Hər gün işə və evə getməkçün 5 saat vaxt itirmişəm. 26 ildə maşın belə ala bilməmişəm amma xəstəliklərim N qədər. Ay şərh yazan Xatirə Əliva, mən də sənin kimi qurdlu adamla eyni pensiya almalıyam? Ağlın deputatlara getməsin bizlər o yüksək pensiyanı canımızla, qanımızla haqq etmişik. Sən bəzənib gəzəndə mənim yoldaşım gecə saat 2 yə qədər məni gözləyib ki, görən öldürməyiblər.

  • Rəsulova iradə

    Pensiya haqqında yazılan bütün yazılara baxıram,amma özümə uyğun heçnə tapa bilmirəm. Mənim 66 yaşım var,işləyirəm,stajım çatmır deyə pensiya ala bilmirəm,deyirlər sənə sosial müavinət düşür,onu da işdən çıxsan ala bilərsən.bəs mənim yığılan kapitalımın aqibəti necə olacaq? Pensiya düşmürsə heç olmasa (işləyə-işləyə)sosial müavinəti versinlər . Onu da vermirlərsə kapitalımın bir hissəsini versinlər banka borcumu ödəyim.yaşım coxalır, ömrüm qısalır, cəmi 18 il də stajım var.hey baxıram görək qanunlarda xeyrimizə bir dəyişiklik olsaydı,mənə və mənim kimilərə kömək olardı.

  • Sürayə Tarverdiyeva

    Bizlər qulağımız səsdə, gözümüz yolda pensiya yaşlarının azalmasını, pensiyanın normal yaşamaq üçün kifayət etməsini gözləyirik. Necə olur ki, dövlətimiz bizə belə acı zarafat edir? Bütün bu acı təsirli zarafatlar vətəndaşlarda dövlət əleyhinə narazılıq yaradır. Etmiyin, yaa. Bizim belə qüdrətli dövlətimiz, qüdrətli dövlətimizin dəmir yumruqlu prezidenti varkən, bəziləri vəzifələrindən sui-istifadə edərək, vətəndaşları narazılıqla doldurmayın. Vətəndaşları dövlət əleyhinə narazılığa səbəbləndirən vəzifə sahibləri barədə ölçü götürülməlidi.

  • Rzayeva Günay

    Pensiya kapitalımızın bir hissəsini versəydilər bank borclarımızı bağlayardıq

  • Əliabbas Əliyev

    Xaricdə yaşayan pensiyaçılar öz pensiyaları ilə dünyanı gəzirlər, bizdə isə pensiyaçılar yaşamaq üçün zibil yeşiklərini eşələyib qida axtarırlar. Əhalinin ən zəif təbəqəsi pensiyaçılardır, çünki işləyə bilmirlər və əlavə gəlirləri yoxdur. Bir də ki verilən pensiyalar adamların on illərinə yığılmış şəxsi kapitalıdır, hələ bu pullar banklarda dövriyyədə olub üzərinə pul gətirir. Belə olan halda dövlət niyə DSMF-yə subsidiya ayırmalıdır. Deməli problem DSMF-nin özündədir.

  • ağanur qoçalarzadə.

    bəli hal hazırda cərxifələk tərsinə dövran edir,dünyada nələrin baş verdiyini az bir hissəsini görüb və eşidirik lakin respublikamız özü ayaqda dura bilən hətta bir necə respublikayada əl uzadıb ayağa qaldıra bulən güçdədir Rəbbim bundanda qüdrətli,səxavətli,,dəyanətli etsin,gedişat göz qabağındadır yəni olanları görməmək ücün kor kar olmalısan ki xəbərin olmasın, təsəvvür edin böyük bir ailəyik hamı oturub süfrə arxasında indi ailəni başcısı elə bilməlidir ki hec kim aç və yaxid gözü qazanda qalmasın yoxsa ayrıseçkilik varsa demək bölgü düzgün getməyib,nə etmək lazım qazanı cömcəni halal adama vermək lazımdır ki ailədə gözü yolda qalan olmasın.

  • Abbasova çinarə

    Məndə xəsdə evladıma pensiya ala bilmirəm .

  • XATİRƏ ƏLİYEVA

    Yüksek pensiya alan nazirlerdi kresloda oruranlar ..yenede 400..300..alan pensitacıların pensiyasına toxunacaqlar..allah belalarını versin..1500..2000..min alanın pesiyasınan azaldıb ..bücelerini düzeltsin harınlamışlar yeyib bitiriblerde..bir sözdü atdılar .. ama haqları yoxdu artırmalıdılar aşağı olan pensitaları..

  • Nurlan

    Bir ay işlə aldığın pul bir qarın otarmaq üçündür, daha heç nəyə çatmır. 30 il də işləyəndən sonra pensiyaya çıxanda aldığın pensiya heç dərman pulu da etmir.

  • Zeynalova Nərminə

    mənim 47 il stajım var ancaq 408 manat alıram

  • Яшар Кулиев

    Искорените коррупцию и всё образуется. Даже если вы установите пенсионный возраст в 85 лет, пои наличии такого уровня коррупции иправить положение не удастся.

This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar