Ru
16:38 / 14 Mart 2024

Pişiyi öldürənə rekord cəza - Ərdoğan da işə qarışdı

5586
Bütün Türkiyə İstanbulun Başakşəhir rayonunda İbrahim Kəloğlan tərəfindən öldürülən Eros pişiyi ilə bağlı məsələni müzakirə edir.

Bakupost.az xəbər verir ki, bu əməlinə görə qatilə 2,5 il həbs cəzası verilib.

Bu, Türkiyədə heyvanın öldürülməsinə görə verilən rekord cəza müddətidir.

Xatırladaq ki, Eros yanvarın 1-də öldürülüb. Yaşayış komplekslərinin birində liftin yaxınlığında İbrahim Kəloğlan onu təpikləyərək öldürb. Yaşayış kompleksinin sakinləri sevimli heyvanı kimin öldürdüyünü öyrənmək üçün müşahidə kameralarına baxıblar. Onlar qatilin qonşuları İbrahim Keloğlan olduğunu müəyyən ediblər.. Dəhşətli video internetdə yayıldıqdan sonra heyvan hüquqlarının müdafiəçiləri onun cəzalandırılmasını tələb ediblər və Kəloğlan saxlanılıb.




Prokuror ona 6 ilə qədər iş tələb etsə də, Kəloğlan əvvəlcə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra "yaxşı davranışa görə" bu cəza şərti cəza ilə əvəz olunub. Bundan sonra etirazlar daha da güclənib. Yaşayış kompleksinin sakinləri hökmlə razılaşmayaraq, Kəloğlanla qonşuluqda yaşamayacaqlarını bildiriblər. Onlar məhkəmə binası yaxınlığında etiraz aksiyası keçiriblər. Aksiyaya heyvan hüquqları müdafiəçiləri də qoşulub. Eyni zamanda Kəloğlanın evi qarşısında da aksiya keçirilib. Demək olar ki, bütün ölkə Eros məsələsini müzakirə etməyə başlayıb. Hətta Rəcəb Tayyib Ərdoğan ədliyyə naziri ilə söhbətində“Bu necə mümkündür?” deyə ritorik sual verib.

Cəzaya yenidən baxıldıqdan sonra Kəloğlan 2,5 il müddətinə həbs cəzası alıb. O, bir anlıq psixoloji aqressiyaya görə pişiyi öldürdüyünü və bu səhvin həyatını alt-üst etdiyini bildirib.


Zaur
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər