Ru
10:34 / 03 Mart 2026

Nazir keçmiş rektora vəzifə verdi

Nazir keçmiş rektora vəzifə verdi
Eye

Elm və təhsil nazirinin müvafiq əmri ilə İradə Xəlilova Canlı Sistemlərin Tədqiqi İnstitutuna direktor müavini təyin olunub.

Bakupost.az xəbər verir ki, martın 2-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova institutun yeni direktor müavini İradə Xəlilovanı müəssisənin kollektivinə təqdim edib.

Görüş çərçivəsində institutun mövcud fəaliyyəti və inkişaf perspektivləri müzakirə olunub, qarşıda duran vəzifələr və prioritet istiqamətlər diqqətə çatdırılıb. Sonda kollektivin sualları cavablandırılıb.

Qeyd edək ki, İradə Xəlilova əvvəllər Xəzər Universitetinin rektoru vəzifəsində çalışıb. O, 2025-ci il yanvarın 1-də öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar